...

Barak Obama: Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır

Siyasət Materials 2 Aprel 2016 08:22 (UTC +04:00)
Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır.
Barak Obama: Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır

Bakı. Trend:

Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama IV Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə iştirak etmiş bir çox ölkələr kimi ümumi təhlükənin qarşısının alınması üçün artıq bir sıra addımlar atıb.

B.Obama bildirib: "Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilərlər və onlar sərhəd məntəqələrin nəzarəti sahəsində bizimlə birgə işləyiblər. Azərbaycan öz yerləşmə mövqeyinə görə bu prosesdə mühüm tərəfdaşdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti