...

Mübariz Qurbanlı Britaniya səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 3 May 2016 18:42 (UTC +04:00)
Mübariz Qurbanlı Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
Mübariz Qurbanlı Britaniya səfiri ilə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, M.Qurbanlı uğurlu fəaliyyətinə, çalışdığı dövrdə Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq etdiyinə, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəmədiyinə görə səfirə təşəkkürünü bildirib.

Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən İ.Siddiq ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar dini ibadətlərini sərbəst həyata keçirirlər.

Qarşılıqlı hörmət şəraitində keçən görüşün sonunda diplomat səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

Səfirlə əvvəlki görüşlərini məmnunluqla xatırlayan M.Qurbanlı diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti