...

Elmar Məmmədyarov Britaniya səfiri ilə görüşüb

Siyasət Materials 6 May 2016 15:58 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Elmar Məmmədyarov Britaniya səfiri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

İ.Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti