Bakı. Maksim Tsurkov – Trend:
Azərbaycan tolerantlığı və multikulturalizmə qarşı münasibəti ilə ruhlandırır. Trend-in məlumatına görə, bunu ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka V Bakı Beynəlxalq Humanitar Forumunda deyib.
O bildirib: "Yaşadığım Afrikada dini dözümlülüklə bağlı böyük problemlər var. Azərbaycanda olarkən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir arada yaşamasına, ünsiyyət saxlamasına və bir-birinə hörmət etməsinə mat qalıram. Azərbaycanda belə tolerantlıq, multikulturalizmə qarşı belə münasibət məni ruhlandırır. İstərdim ki, dünyanın bir çox ölkələri ölkənizdən nümunə götürsünlər".