...

Azərbaycanın hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir (FOTO/VİDEO)

Siyasət Materials 14 Oktyabr 2016 17:05 (UTC +04:00)
Azərbaycanın hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir.
Azərbaycanın hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.

İntensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti