Şahbuz rayonuna yeni icra başçısı təyin edildi

Siyasət Materials 8 Noyabr 2016 18:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev N.B.Quliyevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Şahbuz rayonuna yeni icra başçısı təyin edildi

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Nurəddin Beytulla oğlu Quliyevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rafael Qəzənfər oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti