...

Şapiro: Azərbaycan, ABŞ və İsrail arasında konstruktiv tərəfdaşlıq vacib əhəmiyyət daşıyır (ÖZƏL)

Siyasət Materials 30 Yanvar 2017 13:45 (UTC +04:00)
Azərbaycan, ABŞ və İsrail arasında konstruktiv tərəfdaşlıq vacib əhəmiyyət daşıyır.
Şapiro: Azərbaycan, ABŞ və İsrail arasında konstruktiv tərəfdaşlıq vacib əhəmiyyət daşıyır (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan, ABŞ və İsrail arasında konstruktiv tərəfdaşlıq vacib əhəmiyyət daşıyır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro deyib.

C.Şapiro bildirib ki, rəhbərik etdiyi nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilib.

Komitə prezidentinin sözlərinə görə, Azərbaycanın dünyəvi müsəlman dövləti olması ilə yanaşı, İsraillə dost olması da çox vacibdir. “Bu, yəhudi dövləti ilə İslam mədəniyyətinə sahib olan ölkənin birgə çalışa bilməsinin və konstruktiv tərəfdaş ola bilməsinin bir nümunəsidir”.

Amerika Yəhudi Komitəsinin prezidenti onu da qeyd edib ki, Azərbaycanın yəhudi icması ilə görüşü zamanı komitə üzvləri burada yaşayan yəhudilərin firavan yaşadıqlarını və özlərini bu ölkədə rahat hiss etdiklərinin şahidi olub.

Xəbər lenti

Xəbər lenti