...

Birinci vitse-spiker: Dağlıq Qarabağda bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər

Siyasət Materials 17 Fevral 2017 14:42 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumu heç bir dövlət tanımır. Bu, dövlət deyil, qondarma bir qurumdur.
Birinci vitse-spiker: Dağlıq Qarabağda bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər

Bakı. Elçin Mehdiyev - Trend:

"Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumu heç bir dövlət tanımır. Bu, dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi “seçkilər”, o cümlədən indiki “referendum” da qondarmadır”.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat veriblər:

“Belə “seçkilər”in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur.Sadəcə, onlar “referendum”u keçirməklə "biz də varıq" demək istəyirlər. Lakin dünya dövlətlərinin onları tanımadığını unudurlar”.

Z.Əsgərov deyib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti