...

Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib (FOTO)

Siyasət Materials 23 Fevral 2017 12:41 (UTC +04:00)
Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan və Ukrayna deputatları, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, diaspora və media təmsilçiləri iştirak ediblər.

Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı, diplomatik əlaqələrin 25 illik uğurlarından söz açan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ikitərəflı strafeji münasibətlərin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını nəzərə çatdıran səfir beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan hər iki dövlətin eyni mövqedən çıxış edərək bir-birinə dəstək vermələrini müstəqillik tariximizin uğuru kimi dəyərləndirib.

Azərbaycanı bölgədə Ukraynanın ən etibarlı dostu və strateji müttəfiqi adlandıran Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi, mədəni, hərbi və texniki əməkdaşlığın inkişaf dinamikasından söz açıb. Bu günlərdə Ukrayna parlament nümayəndələrinin ölkəmizdə işgüzar səfərdə olduğunu diqqətə çatdıran deputat son illər Azərbaycanın böyük inkişaf yolu keçərək Şərqi Avropanın ən aparıcı ölkələrindən birinə çevrilməsinin fərəhləndirici hal olduğunu bildirib. Müstəqillik illərində Azərbaycanın keçdiyi yolun heç də hamar olmadığını, 1990-1992-ci illərdə xalqımızın 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə üzləşdiyini bildirən M.Kuryaçiy bu ağır günlərdə Ukraynanın daima Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Müstəqillik illərində Azərbaycanın işğalçılıq siyasətinə məruz qaldığını xatırlayan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 25 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdiyi soyqrım siyasətindən bəhs edib. "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentlərinin Xocalı soyqrımını tanıdığını bildirən deputat qəddarlıq baxımdan 20-ci əsrin ən amansız qətliamı olan Xocalı faciəsinin Ukrayna parlamenti tərəfindən də soyqırım aktı kimi qəbul olunmasının vacibliyini bildirib.

Tədbirdə Ukrayna parlamentinin deputatı Oleq Medunitsa, Milli Məclisin deputatları Rasim Musabəyov, Şahin İsmayılov, Taras Şevçenko adına Kiyev Milli Universitetinin prorektoru Bek Pyotr, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digər şəxslər çıxış edərək Azərbaycan və Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar, ikitərəfli diplomatik münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti