Prezident İlham Əliyev: "Şahdəniz"dən nəzərə tutulandan daha çox qaz istehsal ediləcək

Prezident İlham Əliyev: "Şahdəniz"dən nəzərə tutulandan daha çox qaz istehsal ediləcək

Bakı. Trend:

"Şahdəniz"dən nəzərə tutulandan daha çox qaz istehsal ediləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində iştirak edərkən layihənin işçi heyəti ilə görüşündə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Bu gün tarixdə qalacaq. Çünki biz bu gün “Şahdəniz” platformasının üst hissələrini rəsmi qaydada açıq elan edirik. Bir neçə gündən sonra bu nəhəng qurğular dənizə göndəriləcək və “Şahdəniz” yatağında quraşdırılacaq. Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə “Şahdəniz” yatağı üzrə kontrakt imzalananda bunu təsəvvür etmək belə mümkün deyildi.

Onu da qeyd etmək istəyirəm ki, “Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşı olub. Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək. Çünki təkcə “Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 16 milyard kubmetr qaz, eyni zamanda, kifayət qədər kondensat hasil ediləcəkdir. Hasil ediləcək bütün bu təbii resurslarla bağlı kontraktlar imzalanıb, onların müştəriləri var və inşa edilən Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılacaq".

İlham Əliyev vurğulayıb ki, icra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir - TANAP, TAP, Cənub Qaz Kəməri, “Şahdəniz-2” layihəsi, bu platformaların tikintisi, bu yaxınlarda Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı: "Bir daha qeyd edirəm ki, bunların hər biri ayrılıqda tarixi layihədir. Amma bunlara birlikdə baxanda görürük ki, Azərbaycanda nə qədər böyük potensial yaranıbdır".

Azərbaycan Prezidenti bildirib ki, bu, həqiqətən də tarixi gündür: “Şahdəniz” müqaviləsinin imzalanmasından 21 il sonra indi biz tarixi əhəmiyyət kəsb edən günü qeyd edirik. Bu gün mən ilk növbədə strateji tərəfdaşımız, uzun illərdir Azərbaycanın yaxşı dostu olan BP-yə təşəkkürümü bildirmək istərdim. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması bizim əməkdaşlığımızın başlanğıcı oldu. Həmin vaxtdan bizimlə birgə çalışmış və çalışmaqda davam edən bir çox şirkətlər var. Sizə xatırlatmaq və məlumat vermək üçün demək istərdim ki, həmin vaxt Azərbaycan xarici neft şirkətlərindən ibarət konsorsiumla “Azəri-Çıraq-Günəşli” müqaviləsini imzaladı və BP sadəcə olaraq onlardan biri idi. O, böyük hissəyə malik idi və böyük tərəfdaşlıq var idi ki, bu gün də müəyyən dəyişikliklə davam edir".

Dövlət başçısı əlavə edib ki, BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın enerji bazarında, qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır: "O vaxtdan indiyədək tərəfdaşlığımızı strateji tərəfdaşlığa çevirən bir çox başqa müqavilələr imzalanıb. Onlardan biri “Şahdəniz”dir. Növbədə “Dayaz sular” və başqaları var. Bu, tərəfdaşlığın yaxşı göstəricisidir. Biz BP-yə etimad göstəririk. Əminəm ki, BP də Azərbaycana etimad göstərir. Əks halda onlar ölkəmizə bu qədər çox vəsait yatırmazdılar. Cənab Counzun dünən və bu gün qeyd etdiyi kimi, BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır. Bu isə bizim əməkdaşlığımızı daha da gücləndirir. Dünən qeyd etdiyim kimi, hazırda onlar “Azəri-Çıraq-Günəşli” müqaviləsinin genişləndirilməsi üzərində işləyirlər. Ümidvaram ki, bu, tezliklə olacaq. Bundan əlavə, təkcə “Azəri-Çıraq-Günəşli”də bizim tərəfdaşlığımız 2050-ci ilədək davam edəcək. Əminəm ki, “Şahdəniz”dən nəzərə tutulandan daha çox qaz istehsal ediləcək. Biz "Azəri-Çırağı" "Əsrin müqaviləsi" adlandırmışdıq, indi isə mən əsrlərin müqaviləsindən danışıram.

Mən, həmçinin Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, “Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır. Bir daha sizi təbrik edirəm. Qarşıdakı illərdə sizə uğurlar arzulayıram. Təşəkkür edirəm".

Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
Loading Bars
Xəbər lenti
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək (FOTO)
Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində 6 000 çay və göldə suyun keyfiyyəti yoxlanılıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib (FOTO)
Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək
Media nümayəndələri reabilitasiya müəssisəsində qazilərimizə göstərilən xidmətlərlə tanış edilib (FOTO)
Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur - Armen Sarkisyan
Sahibə Qafarova rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib (FOTO)
Merkel "AstraZeneca" vaksini ilə peyvənd olunub
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib
TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlanıb (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO)
Fermerlərin 92,06 faizinə subsidiya ödənilib
Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Prezident İlham Əliyev: Pirşağıda həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı
Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olundu
Aİ-nin xüsusi nümayəndəsinin David Babayanla görüşü separatizmin stimullaşdırılmasına xidmət edir
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub (FOTO)
Belarus hər zaman Azərbaycana dost ölkə olub - Deputat
Azərbaycan Beynəlxalq Bankından süni intellekt sahəsində beynəlxalq konfransa dəstək
Aİ ötən il inkişaf məqsədilə ayırdığı rəsmi maliyyə yardımının həcmini 66,8 milyard avroya çatdırıb
Bağçalarda 2 milyonluq yeyinti iddiası barədə AÇIQLAMA
Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq
Azərbaycanda 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb
Qarabağ separatçılarının "lideri" ifadəyə çağırıldı
Azərbaycanda məcburi əmək halları xeyli azalıb - Hesabat
Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib
Qubadlı rayonunun Məmər kəndi (FOTO/VİDEO)
5 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTO)
654 nəfər Azərbaycandan deportasiya olunub
Abonentlərin elektrik təchizatına qoşulma prosesi süni intellektlə tənzimlənir - "Azərişıq"
Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir (FOTO)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticə əldə edib
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
Bakıda 17 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)
Bakı Dialoqları Jurnalının növbəti sayı nəşr edilib
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir (FOTO)
Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib
"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır - Separatizm və terror alovlandırılır
Baş Prokurorluq KİV-də yayılan məlumatla bağlı təkzib verdi
1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika
Putinlə Lukaşenko Moskvada görüşəcək
İƏT-lə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir - Sərəncam
Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi (VİDEO)
Tərtərdə Ermənistanın raket və artileriya atəşi nəticəsində dağılmış yollar bərpa olunur (FOTO)
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır (FOTO)
Tarix Muzeyinə baş direktor seçilib
Ortaq Media Platforması milli maraqlarımızın qlobal media müstəvisində qorunmasına xidmət edəcək - Deputat
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir (FOTO/VİDEO)
İranda ötən gün koronavirusdan 328 nəfər ölüb
Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandı
Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağıda yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib (FOTO)
Sabah 28 dərəcəyədək isti olacaq
Bütün xəbərlər