...

Azərbaycanda Perunun səfirliyi fəaliyyətə başlayıb

Siyasət Materials 2 İyun 2017 17:54
Peru Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başladı.
Azərbaycanda Perunun səfirliyi fəaliyyətə başlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.

Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Luis Çanq Boldrini fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti