...

Məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə də, müsadirə ediləcək

Siyasət Materials 13 İyun 2017 13:24 (UTC +04:00)
Azərbaycanda məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə də, dövlət tərəfindən müsadirə ediləcək.
Məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə də, müsadirə ediləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə də, dövlət tərəfindən müsadirə ediləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) və terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir.

Əlavəyə əsasən, nəzərdə tutulan əmlak məhkum tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərinin hüquqlarına xələl gətirmədən müsadirə edilir.

Layihədə qeyd olunub ki, 3-cü şəxsə verilmiş əmlakın bağışlandığı və ya bazar dəyərindən aşağı satıldığı halda vicdanlı sahibkarın hüquqları qorunmaqla hər bir halda müsadirə üçün əsaslar müəyyən edilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti