...

Almaniya səfiri Abşeronda olub (FOTO)

Siyasət Materials 14 İyun 2017 14:23
Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab bölgələrə müntəzəm səfər proqramı çərçivəsində Abşeronda olub.
Almaniya səfiri Abşeronda olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab bölgələrə müntəzəm səfər proqramı çərçivəsində Abşeronda olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə görüşüb və rayonda siyasi və iqtisadi işkişaf məsələləri və qadınların Azərbaycan siyasətində rolu mövzularında fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində səfir M.Kindsqrab istehsal müəssisələri ilə tanış olub. "Milla" süd zavodunda ona Azərbaycan süd məhsullarının çıxarıldığı ənənəvi və yeni bazarlar haqqında məlumat verilib.

"Caspian Fish" zavodu alman nümayəndə heyətinə müxtəlif emal və qablaşdırma proseslərini nümayiş etdirib. Abşerona məxsus olan ən səciyyəvi xüsusiyyətlərindən biri orada çoxsaylı duz göllərinin olmasıdır. Səfir M.Kindsqrab səfərin sonunda bir neçə ildir ki, mövcud olan və "AZƏRSUN" holdinqə məxsus olan Masazır duz zavodu ilə tanış olub.

M.Kindsqrab 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiridir. Səfir M.Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti