Bakı. Ləman Zeynalova - Trend:
2017-ci il Fransa və Azərbaycan arasında münasibətlərdə çox uğurlu il olub.
Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ölkəsinin milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.
Diplomat bildirib ki, bu il Fransa və Azərbaycan arasında münasibətlərin 25 ili tamam olur:
"Eyni zamanda, bu il Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərilə də yadda qaldı".