...

İsmayıl Səragəldin: Bakının dünya üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb

Siyasət Materials 22 Avqust 2017 11:52 (UTC +04:00)
Bakının dünyanın tanınmış liderlərini bir araya gətirmək, bu gün və sabah üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb.
İsmayıl Səragəldin: Bakının dünya üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Bakının dünyanın tanınmış liderlərini bir araya gətirmək, bu gün və sabah üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb.

Bunu Trend-ə Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri İsmayıl Səragəldin deyib.

O qeyd edib ki, Bakı Qlobal Gənc Liderlər Forumu yeni bir ideyadır: “Burada bir çox ölkələrdən gənclər bir araya gəlir, sabiq prezidentlər, liderlər ilə müzakirələr aparır, onların təcrübələrindən bəhrələnirlər. Bu, gələcəyə doğru atılan yeni bir addımdır. İnanıram ki, bu təşəbbüs davam edəcək və daha çox gənc bura qoşulacaq”.

İ.Səragəldin vurğulayıb ki, bu forum dünya gəncləri, ölkələri arasında əlaqələrin inkişaf etməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, avqustun 21-dən Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum avqustun 24-dək davam edəcək.

Forumun işində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq Prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iştirak edirlər.

Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub. Həmçinin tədbirə dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısı, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları qatılıb.

Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparırlar.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunur, debatlar təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti