...

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini qismən bərpa edib

Siyasət Materials 28 Avqust 2017 15:18 (UTC +04:00)
Macarıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi viza alınması üçün sənəd qəbulunu qismən bərpa edib
Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini qismən bərpa edib

Bakı. Səba Ağayeva - Trend:

Macarıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi viza alınması üçün sənəd qəbulunu qismən bərpa edib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Konsulluq şöbəsi ötən həftə texniki qüsurlarla əlaqədar sənəd qəbulunu dayandırmışdı.

Bu gündən etibarən “D” katerqoriyalı uzunmüddətli viza almaq istəyənlər müsahibə üçün ifr.mfa.gov.hu saytı vasitəsilə vaxt təyin edə bilər.

“C” kateqoriyalı qısamüddətli vizaların verilməsi isə hələlik bərpa olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti