...

Bakıda regional təhlükəsizlik məsələləri müzakirə olunacaq

Siyasət Materials 29 Avqust 2017 12:43 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri sentyabrın 7-i Bakıda görüş keçirəcək
Bakıda regional təhlükəsizlik məsələləri müzakirə olunacaq

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri sentyabrın 7-də Bakıda görüş keçirəcək.

Trend-in diplomatik mənbəyə istinadən məlumatına görə, görüş zamanı tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Bundan başqa, Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidze üçtərəfli əməkdaşlığın digər sahələrini nəzərdən keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti