...

Nazir: Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır (YENİLƏNİB)

Siyasət Materials 3 Oktyabr 2017 13:23 (UTC +04:00)
Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır.
Nazir: Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşdən sonra mətbuat konfransında deyib.

E.Məmmədyarov qeyd edib: "Bizim siyasi mövqeyimiz beynəlxalq arenada da üst-üstə düşür".

Azərbaycan XİN rəhbəri əlavə edib ki, gələn il hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Nazir vurğulayıb ki, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq inkişaf edir: "Biz strateji tərəfdaşlığın ikinci mərhələsini müzakirə edirik. Burada müəyyən çətinlikllər var. Müzakirələr davam etdiriləcək. Biz müzakirələri noyabra qədər başa çatdırmağı düşünürdük. Açıq səma üzrə ikinci sənəd mövcuddur. Böyük ehtimalla oktyabrda sonuncu görüş olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti