...

Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavinini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 19 Oktyabr 2017 10:08 (UTC +04:00)
Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavinini qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti