...

Mübariz Qurbanlı: DTX-nin dini ekstremistlərə qarşı əməliyyatı onları maliyyələşdirən dairələri ayıltmalıdır (YENİLƏNİB)

Siyasət Materials 26 Oktyabr 2017 11:23 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları bu və ya digər formada maliyyələşdirən dairələri ayıltmalıdır.
Mübariz Qurbanlı: DTX-nin dini ekstremistlərə qarşı əməliyyatı onları maliyyələşdirən dairələri ayıltmalıdır (YENİLƏNİB)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları bu və ya digər formada maliyyələşdirən dairələri ayıltmalıdır.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib: "Həmin dairələr başa düşməlidir ki, Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi, ictimai-siyasi sabitliyin qorunması üçün hüquq-mühafizə orqanları hər an hazırdır və bu cür əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əsirgəməyəcək".

Daha sonra komitə sədri əlavə edib: “Əminəm ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib və o şəxslər ki, Azərbaycanda terror törətmək istəyir, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, biz onlara qarşı qətiyyətli olmalıyıq, onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti