Bakı. Trend:
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri dekabr ayında Vyanada ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşə razılıq verib.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir.
ATƏT Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) ayrı-ayrılıqda Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan və Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşlər keçirib. Bu görüşlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Həmsədrlər qeyd edib ki, onlar nazirlərin görüşünün gündəliyini hazırlayacaq: “Bura siyasi həll yolunun əsas məsələləri, eləcə də qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üzrə konkret tədbirlər daxil ediləcək. Bundan başqa, əsas diqqət ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə ayrılacaq”.