...

Səfir: Azərbaycan və Qətər xüsusi əlaqələrə malikdir

Siyasət Materials 14 Dekabr 2017 20:00 (UTC +04:00)
Azərbaycanla Qətər arasında bütün sahələrdə sürətlə inkişaf edən xüsusi münasibətlər mövcuddur.
Səfir: Azərbaycan və Qətər xüsusi əlaqələrə malikdir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla Qətər arasında bütün sahələrdə sürətlə inkişaf edən xüsusi münasibətlər mövcuddur.

Trend-in məlumatına görə, bunu Qətərin Azərbaycandakı səfiri Yusib bin Həsən Əl-Sai ölkəsinin Milli Gününə həsr olunmuş mərasimdə deyib.

Səfir deyib: "Bu münasibətlər başa vurmaqda olduğumuz 2017-ci ildə də yaxşı inkişaf etdi. Bu il yanvarın 31-də İqtisadiyyat, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclası keçirildi"

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və investisiyanın təşviqi kimi sahələrdə saziş və anlaşma memorandumları imzalanıb.

Tədbirdə çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Qətər və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini Qətər tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti