...

Birinci vitse-prezident: İran və Azərbaycanın güclü münasibətləri var

Siyasət Materials 3 Yanvar 2018 15:16 (UTC +04:00)
İran və Azərbaycanın güclü münasibətləri var.
Birinci vitse-prezident: İran və Azərbaycanın güclü münasibətləri var

Bakı. Ləman Zeynalova - Trend:

İran və Azərbaycanın güclü münasibətləri var. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

Ərdəbil əyalətində yerli toplantıda çıxış edən İ.Cahangiri bildirib ki, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi İranın əsas prioritetidir.

Əyalətin Azərbaycanla sərhəddə olduğunu vurğulayan vitse-prezident qeyd edib ki, Ərdəbil bu imkandan Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün yararlana bilər.

O əlavə edib ki, İran zəngin təbii ehtiyatları, ixtisaslaşmış işçiləri, həmçinin sərfəli coğrafi mövqeyi daxil olmaqla nəhəng potensiala malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti