...

ABŞ dövlət katibinin birinci müavini azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Siyasət Materials 20 Mart 2018 08:32 (UTC +04:00)
ABŞ dövlət katibinin birinci müavini Con Sallivan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
ABŞ dövlət katibinin birinci müavini azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Bakı. Trend:

ABŞ dövlət katibinin birinci müavini Con Sallivan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın dövlət departamentinin rəsmi saytı xəbər verir.

Təbrikdə deyili: "Bu gün bütün dünyada milyonlarla insanlar, o cümlədən ABŞ-da, Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar bayram süfrəsi ətrafında toplaşırlar, bişirirlər, bayram edirlər, rəqs edirlər, oxuyurlar və vaxtlarını ailələri və dostları ilə keçirirlər".

Sallivan əlavə edib ki, Novruz - son hadisələrdən nəticə çıxarmaq vaxtıdır: "Nəhayət, Novruz - bizim gələcəyə ümidlərimiz haqqında düşünmək vaxtıdır. Qoy qarşıdan gələn il hamıya sülh, azadlıq və tərəqqi gətirsin".

Xəbər lenti

Xəbər lenti