...

Prezident İlham Əliyev Giorgi Marqvelaşviliyə başsağlığı verib

Siyasət Materials 8 Aprel 2018 13:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib
Prezident İlham Əliyev  Giorgi Marqvelaşviliyə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.

Başsağlığında deyilir: " Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti