...

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Prezident İlham Əliyevi təbrik edib (YENİLƏNİB)

Siyasət Materials 13 Aprel 2018 21:52 (UTC +04:00)
Aprelin 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Prezident İlham Əliyevi təbrik edib (YENİLƏNİB)

Bakı. Trend:

Aprelin 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli Prezident, əziz İlham.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaq fundamental dəyərlərə və prinsiplərə, eləcə də qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan yeni geniş ikitərəfli saziş üzrə aparılan danışıqlar vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da dərinləşəcək.

Mən, həmçinin regionda sabitlik və rifah kimi ümumi məqsədlərimizə nail olmaq, Avropa İttifaqının iştirakını və dəstəyini daha da gücləndirmək məqsədilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı inkişaf etdirmək naminə Sizinlə fəaliyyətimizin davam etməsini səmimiyyətlə arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti