...

Georgi Pırvanov: İlham Əliyevin seçkilərdə inamlı qələbəsi Azərbaycan xalqının yüksək etimadına sahib olduğuna əyani sübutdur

Siyasət Materials 14 Aprel 2018 16:11 (UTC +04:00)
2002-2012-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Georgi Pırvanov: İlham Əliyevin seçkilərdə inamlı qələbəsi Azərbaycan xalqının yüksək etimadına sahib olduğuna əyani sübutdur

Bakı. Trend:

2002-2012-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrik məktubunda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının yüksək etimadına sahib olduğunuza əyani sübutdur. Bu, sadə insanların həyat şəraitini yaxşılaşdırmaq, Azərbaycanın regionda və bütün dünyada nüfuzunu artırmaq istiqamətində son illər gördüyünüz işlərə verilən yüksək qiymətdir. Əminəm ki, yeni səlahiyyət müddətiniz ərzində Siz ölkənizin inkişafı və rifahı üçün fəal və yorulmadan çalışmaqda davam edəcəksiniz. Mən, həmçinin inanıram ki, Sizin zəngin siyasi təcrübəniz ölkənizin beynəlxalq aləmdə və Qara dəniz regionunda aparıcı rolunun bundan sonra da genişlənməsinə töhfə verəcəkdir.

Bolqarıstan ilə Azərbaycan arasında əlaqələr xalqlarımızın mənafeyi naminə davamlı inkişaf edir. Fəxr edirəm ki, Sizinlə birlikdə biz ölkələrimizin təkcə iqtisadi sahədə deyil, həm də mədəni və mənəvi sahələrdə sıx əməkdaşlığının etibarlı əsaslarının qoyulmasına nail olmuşuq. Bu baxımdan, xalqlarımız arasındakı dostluq əlaqələrinin gücləndirilməsinə Sizin şəxsi töhfənizi və sadiqliyinizi çox yüksək qiymətləndirirəm. Öz tərəfimdən bildirirəm ki, ikitərəfli münasibətlərimizin inkişafına bundan sonra da hər cür dəstək göstərməyə hazıram.

Əziz dostum, Sizinlə keçirdiyim bütün görüşləri məmnuniyyətlə xatırlayıram. Həmin görüşlərdə Sizin yüksək intellektinizə, sağlam mühakimənizə və diplomatik məharətinizə valeh olmuşam. Ən əsası isə odur ki, Siz həmişə mürəkkəb siyasi məsələlərin həllində ümumi razılığa gəlməyə səy göstərmisiniz. Əminəm ki, konsensus axtarışı, başqalarının maraqlarına hörmət və milli maraqları qorumaq yeni prezidentlik dövründə də Sizin fəaliyyətinizin əsas prinsiplərindən olacaq.

Sizinlə yeni görüşlərimizi səbirsizliklə gözləyir və bu xoş fürsətdən istifadə edərək, çox məsuliyyətli işinizdə Sizə cansağlığı və uğurlar arzulayıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti