...

Brüsseldə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib

Siyasət Materials 8 May 2018 14:32 (UTC +04:00)
Brüssel şəhərində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, NATO yanında daimi nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Brüsseldə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib

Bakı. Trend:

Brüssel şəhərində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, NATO yanında daimi nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yolunu xatırlayaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycanın bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb. Səfir Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərin ölkəmizin yenicə əldə etdiyi müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd edib və hər bir azərbaycanlının qəlbində iz buraxdığına əmin olduğunu bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç bir zaman unudulmayacağını vurğulayaraq, Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti