...

Əfqanıstan Prezidenti: Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük və əhəmiyyətli inkişafa nail olub

Siyasət Materials 30 May 2018 18:35 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra böyük və əhəmiyyətli inkişafa nail olmuşdur. Xalqlarımızın yaxın dost kimi bir-birinin yanında olmalarından xoşbəxtəm.

Ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsini arzulayıram. İnanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti