Bakı. Trend:
İyunun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulandı, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edildi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.