...

Deputat: Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir

Siyasət Materials 25 İyun 2018 15:52 (UTC +04:00)

Bakı. Ləman Zeynalova – Trend:

Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir.

Trend-in məlumatına görə, bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında çıxışı zamanı Milli Məclisin deputatı Rafael Hüseynov deyib.

O, prezident seçkilərində müşahidəçi qismində iştirak etdiyini bildirib: “Bu seçkilər Azərbaycan xalqının mütləq çoxluğunun fikrini əks etdirdi”.

R.Hüseynov əlavə edib ki, buna mane olmağa çalışan müəyyən qüvvələr də olub:

“Onlar elə təəssürat yaratmaq istəyirdi ki, guya seçkilərin nəticələri xalqın iradəsini əks etdirmir. Onlar seçkiləri öz niyyətləri üçün alət etməyə çalışırdılar. Mən şadam ki, bu şər qüvvələr məğlub oldular. Onlar Azərbaycan xalqının iradəsi ilə bacara bilmədilər. Azərbaycanın siyasəti xaricdən göstərişlərlə həyata keçirilməyəcək. Biz haqq yolumuzdan dönməyəcəyik. Bizə heç kim müstəqil siyasət yürütməyə mane ola bilməcəyək. Prezident seçkilərinin gedişi və nəticələri Azərbaycan xalqının zəfəridir. Azərbaycan xalqı doğru seçim etdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti