Bakı. Trend:
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Jüli Peyetə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli xanım General-Qubernator, Milli bayramınız – Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə və dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".