...

Prezident İlham Əliyev: Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur

Siyasət Materials 2 İyul 2018 18:10 (UTC +04:00)
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.
Prezident İlham Əliyev: Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur

Bakı. Trend:

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli Aleksandr Qriqoriyeviç, Belarusun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün dost Belarus müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi yolunda uğurla irəliləyir. Ölkənin ardıcıl sosial-iqtisadi inkişafı seçilmiş yolun məqsədyönlü olmasının əməli təsdiqidir.

İki ölkənin qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirmək, dost xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığı dərinləşdirmək səylərini əks etdirən Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Hörmətli Aleksandr Qriqoriyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti