...

Azərbaycan səfirlik və konsulluqlarına yeni səlahiyyət verilib (YENİLƏNİB)

Siyasət Materials 27 Avqust 2018 18:07 (UTC +04:00)
Azərbaycan səfirliklərinə yeni səlahiyyət verilib.
Azərbaycan səfirlik və konsulluqlarına yeni səlahiyyət verilib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 10.7-2-ci bənd əlavə edilir:

“10.7-2. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir;”.

Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişiklik edilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 14.20-1-ci bənd əlavə edilir:

“14.20-1. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir;”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti