...

Nazir müavini: Azərbaycan və Əfqanıstan əlaqələrin daha da inkişafı üçün böyük potensiala malikdir

Siyasət Materials 7 Sentyabr 2018 20:47 (UTC +04:00)
Azərbaycan Əfqanıstanda təhlükəsizlik və sabitliyin əldə olunmasına öz töhfəsini verməyə davam edir.
Nazir müavini: Azərbaycan və Əfqanıstan əlaqələrin daha da inkişafı üçün böyük potensiala malikdir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Əfqanıstanda təhlükəsizlik və sabitliyin əldə olunmasına öz töhfəsini verməyə davam edir.

Trend-in məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili ölkəsinin Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Bakıdakı diplomatik missiyasını başa vuran səfir Azərbaycanın Əfqanıstanda sülhməramlıların sayını artırdığını xüsusi qeyd edib:

"Mən Azərbaycan-Əfqanıstan münasibətlərinin inkişafına şahid oldum. 2017-ci ildə Bakıda Azərbaycanla Əfqanıstan arasında, xüsusilə də iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində beş sənəd imzalanıb".

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib ki, iki ölkə arasındakı münasibətlər dostluq və qardaşlığa əsaslanır.

Nazir müavini qeyd edib ki, Əfqanıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir:

"Bütün bunlar münasibətlərimizə xüsusi əhəmiyyət verir".

XİN rəsmisinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu da iqtisadi münasibətlərə xüsusi təkan verəcək:

"Azərbaycan Əfqanıstanın bərpasına öz töhfəsini verməyə davam edir. Bu gün Əfqanıstanda Azərbaycan sülhməramlılarının sayı 120-yə çatıb. Əlaqələrimizin daha da inkişafı üçün böyük potensialımız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti