...

AMEA prezidenti: Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir (FOTO)

Siyasət Materials 13 Sentyabr 2018 11:34 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin araşdırılması üçün kifayət qədər işlər aparıblar və həmin dövrlə bağlı yeni faktlar üzə çıxarıblar.
AMEA prezidenti: Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin araşdırılması üçün kifayət qədər işlər aparıblar və həmin dövrlə bağlı yeni faktlar üzə çıxarıblar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini deyən A.Əlizadə bildirib ki, AXC-nin Azərbaycan tarixində müstəsna rolu var: "Bu cümhuriyyətin yaranması dünyaya bir Azərbaycan dövlətinin yarandığını elan edib və tarixə öz adını həkk etdirib".

Akademiya prezidenti Bakının işğaldan azad edilməsində AXC-nin böyük rolunun olduğunu da nəzərə çatdırıb.

A.Əlizadə əlavə edib ki, Bakının işğaldan azad edilməsi AXC-nin paytaxtının Gəncədən Bakıya köçürülməsinə imkan yaradıb: "15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir. Bakının azad edilməsi ilə şəhər Azərbaycan paytaxtına çevrildi və erməni-bolşevik dəstələrinin xalqımıza qarşı törətdikləri soyqırımlar dayandırıldı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti