Bakı. Fikrət Doluxanov - Trend:
2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırdı.
Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.
D.Savelyev bildirib ki, Azərbaycanın işğal olunuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələri televiziyalarda çıxışlarında və brifinqlərdə Qərb KİV-lərinin jurnalistlərinin suallarına cavab verərək aprel hadisələri ilə bağlı öz versiyalarını çatdırıblar, müvafiq telekanallar isə onlara peyk vasitəsilə azad çıxış imkanı təqdim edib.
Dumanın deputatı vurğulayıb ki, bununla belə, Azərbaycan bu istiqamətdə ciddi iş aparıb, nəticədə ictimai rəyi öz tərəfinə çəkə bilib və tədrcən Qərb mətbuatı həmin hadisələrin adekvat görüntüsü yaranıb.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.