...

Bahar Muradova: Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti digər ölkələrdə olan qaçqınların vəziyyətindən üstündür

Siyasət Materials 26 Oktyabr 2018 10:38 (UTC +04:00)
Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti digər ölkələrdə olan qaçqınların vəziyyətindən üstündür.
Bahar Muradova: Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti digər ölkələrdə olan qaçqınların vəziyyətindən üstündür

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə təkcə özünün milli maraqları baxımından deyil, bütün dünyanın maraqlarına nə qədər böyük töhfə vermək imkanına malik olduğunu sübuta yetirir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Dayanıqlı İnkişafa dair Bakı Forumu çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə” adlı paneldə çıxışı zamanı deyib.

B.Muradova bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün xeyli işlər görüb: “Dayanıqlı İnkişaf Məqsədləri rakursundan baxdıqda Azərbaycanda bir çox problemlərin həll olunduğunun şahidi olarıq”.

O qeyd edib ki, Azərbaycanda qanun yaradıcılığı prosesində Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə daha tez çatmaq üçün qanunda müddəalar təsbit olunur:

“Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü olması bu məqsədlərə çatmaq prosesini sürətləndirir. Hesab edirəm ki, Azərbaycan parlamenti bu istiqamətdə öz vəzifəsini layiqincə yerinə yetirməkdədir”.

B.Muradova qeyd edib ki, bu gün Azərbaycan ərazisinin 20 faizi erməni işğalı altındadır, bir milyondan artıq qaçqın və məcbui köçkün var, lakin Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görür və parlament də bu istiqamətdə vacib qanunlar qəbul edib.

Vitse-spiker vurğulayıb ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti digər ölkələrdə olan qaçqınların vəziyyətindən üstündür.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti