...

İrina Bokova: Bakı Beynəlxalq Humanitar Forumu bir sıra problemləri qlobal gündəliyə çıxararaq həll yollarını tapmağa çalışır

Siyasət Materials 26 Oktyabr 2018 11:46 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Beynəlxalq Humanitar Forumu bir sıra problemləri qlobal gündəliyə çıxararaq həll yollarını tapmağa çalışır.

Trend-in məlumatına görə, bunu YUNESKO-nun sabiq baş direktoru İrina Bokova VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Bakı Prosesi – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” adlı 3-cü plenar sessiyada çıxışı zamanı deyib.

İ.Bokova bildirib: "Mədəniyyətlərarası dialoqun düzgün təşkili üçün hansı işlərin görülməsini, atılacaq addımları hamımız düşünürük. Çağırışlar daha çox bərabərsizlikdən, sülhün olmamasından, miqrasiyadan əziyyət çəkən insanlarla bağlı olur və hələ də bu problemlər qalır. Forum bu məsələləri qlobal gündəliyə çıxararaq, müzakirələr apararaq həll yollarını tapmağa çalışır".

O, həmçinin vurğulayıb ki, mədəniyyətlərarası dialoqa insan inkişafından ayrı baxıla bilməz:

"Müxtəlif mədəniyyətlər haqqında məlumatsızlıq əsas maneə hesab olunur. Siyasi münaqişələrin aradan qaldırılmasına, mövcud problemlərin həll edilməsinə sülh yolu ilə nail olmaq lazımdır".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti