...

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir

Siyasət Materials 21 Noyabr 2018 10:51 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə əlaqələrinin böyük tarixi var.
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir

Bakı. Samir Əli - Trend:

Azərbaycan, Gürcüstan və Türkiyə əlaqələrinin böyük tarixi var.

Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycanın müdafiə naziri və Türkiyə SQ Baş Qərargah rəisi ilə üçtərəfli görüşdə Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia deyib.

O bildirib ki, hər üç dövlət regionda strateji tərəfdaşdır: "Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız da çox mühümdür. Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir. Biz başa düşürük ki, bu, çox əhəmiyyətli görüşdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti