...

Bahar Muradova: Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur

Siyasət Materials 21 Noyabr 2018 12:22 (UTC +04:00)
Hesab edirəm ki, Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur.
Bahar Muradova: Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur

Bakı. İlhamə İsabalayeva - Trend:

Hesab edirəm ki, Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin Belarus səfəri Azərbaycanın xarici siyasətinin müsbət nəticələrindən biri kimi özünü göstərdi.

Azərbaycan və Belarusun strateji tərəfdaş olduğunu xatırladan B.Muradova qeyd edib ki, dövlətlərimiz bir çox vacib məsələlərdə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir: "Bir çox məsələlərdə mövqe birliyi var. Bu səfər zamanı səsləndirildi ki, hər hansı bir xəbərdarlıq müzakirə olunmadan hər iki dövlət bir-birinin maraqlarını qarşılıqlı şəkildə bütün müstəvilərdə qoruyur. Bunun nümunələrini bu günə qədər göstəriblər".

Vitse-spiker deyib ki, bu səfər həm müzakirə olunan məsələlər, həm imzalanan sənədlər, həm də hər iki prezidentin verdiyi bəyanatın ruhu ilə diqqəti çəkdi: "Dağlıq Qarabağ münaqişəsi, o cümlədən bu tip münaqişələrin beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll olunmasının vacibliyinin vurğulanması onu göstərir ki, getdikcə dünyada bu mövqeni dəstəkləyən ölkələrin sayı çoxalır. Azərbaycan və Belarus da bu kimi məsələlərdə öndə gedən dövlətlərdir. Eyni zamanda bizim xalqlarımızın, müvafiq dövlət qurumlarının, o cümlədən prezidentlərimizin möhkəm dostluğunun münasibətlərə çox müsbət təsir göstərdiyinin şahidi oluruq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti