Bakı. Trend:
Ukraynanın tanınmış “5 kanal”ında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlanıb.
Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, telekanalın jurnalisti Bakıda olaraq Xocalı soyqırımı ilə bağlı keçirilən ümumxalq yürüşündən, Xocalı şahidlərindən danışıb.
Sujetdə yürüşdə iştirak edən azərbaycanlılardan Xocalı soyqırımı haqqında müsahibələr götürülüb. Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.
Jurnalist, həmçinin Xocalı sakininin başına gətirilən işgəncə ilə bağlı süjeti yayımlayıb.