...

Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib

Siyasət Materials 15 Mart 2019 17:17 (UTC +04:00)
Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı verib.
Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli xanım Baş nazir, Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti