...

Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri ilə görüşüb (FOTO)

Siyasət Materials 9 Aprel 2019 19:20 (UTC +04:00)
Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikayel Moller ilə görüşüb.
Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikayel Moller ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan və BMT arasında əməkdaşlıq, ölkəmizin Dayanıqlı inkişaf məqsədlərini həyata keçirməsi, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi barədə müzakirələr aparılıb.

H.Hacıyev həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ölkəmizin mövqeyi barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti