...

Rusiyanın Azərbaycana yeni hərbi attaşesi təyin edilib (FOTO)

Siyasət Materials 10 Aprel 2019 16:50 (UTC +04:00)
Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni layihələr müzakirə olunub
Rusiyanın Azərbaycana yeni hərbi attaşesi təyin edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini gücləndirəcək yeni hərbi-texniki layihələr müzakirə olunub.

Tərəflər iki ölkənin Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərin təşkili, birgə hərbi təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin davam etdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfir Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi general-polkovnik Z.Həsənova təqdim edib.
Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edib və Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti