...

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

Siyasət Materials 20 Aprel 2019 12:52 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşması fonunda Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə ziddiyət təşkil edən bəyanatları ilə bir daha dünya ictimaiyyətini yanıltmağa çalışıb.
Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

Bakı. Mətanət Nəsibova - Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşması fonunda Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə ziddiyət təşkil edən bəyanatları ilə bir daha dünya ictimaiyyətini yanıltmağa çalışıb.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib ki, əsas məsələ “Artsaxda yaşayan 150 min erməninin təhlükəsizliyidir”.

Erməni nazirin açıqlamalarını Trend-ə şərh edən “Baku Network” Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov bildirib ki, erməni nazir işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib:

“Birincisi, “Artsax” deyə bir yer mövcud deyil, bütün beynəlxalq sənədlərdə işğal olunmuş Qarabağdan söhbət gedir. İkincisi, bu ərazilərdə 150 min erməni yoxdur. Orada maksimum 50 min nəfər yaşayır ki, onların da əksəriyyəti Ermənistandan olan hərbçilər, o cümlədən Paşinyanın oğludur. Orada əhalinin siyahıya alınması keçirilməlidir. Üçüncüsü, danışıqların təməl nöqtəsi bütün sülh planlarında sözügedən ərazilərin işğaldan azad edilməsidir. Dördüncüsü, orada yaşayan erməni əhali işğal olunmuş əarziləri həbs düşərgələrinə çevirmiş və heç kimə oradan ayrılmağa icazə verməyən rəsmi Yerevanın siyasətinin girovudur. Beşincisi, Mnatsakanyan “Madrid prinsipləri”nə əsasən Qarabağa qayıtmalı olan azərbaycanlı qaçqınları görməzdən gəlir”.

Ekspert qeyd edib ki, nifrət və təhdid mühiti işğaldan törəyir və işğal dayandırılmasa, bunu aradan qaldırmaq mümkün deyil:

“Nifrət təkcə Azərbaycana deyil, həm də Türkiyə, Gürcüstan və İrana ərazi iddiaları irəli sürən Ermənistan tərəfindən körüklənir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti