...

Səfir: Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Siyasət Materials 30 Aprel 2019 16:47 (UTC +04:00)

Bakı. Cani Babayeva, Xeyrəddin Nəsirzadə - Trend:

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 500 milyon dolları ötüb.

Bunu Trend-ə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

Onun sözlərinə görə, tərəflər arasında bir çox perspektiv layihələr də mövcuddur:

Səfir xüsusilə Türkiyənin Kırıkkale şəhərində kənd təsərrüfatı texnikasının yığılması üzrə Belarus-Azərbaycan birgə müəssisəsini qeyd edib.

G.Axramoviç bildirib ki, ölkələr müxtəlif layihələrin reallaşdırılmasında yeni səviyyəyə çıxıb: “Əməkdaşlıq təkcə ticarət sahəsində deyil, həm də elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə inkişaf edir”.

Səfir ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edib və xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı iki ölkə lideri əməkdaşlığın iki suveren, müstəqil dövlət arasında münasibət üçün nümunə hesab olunduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti