...

Elxan Ələsgərov: BMT-nin Cənubi Qafqazla bağlı yeni sənədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir göstərərdi

Siyasət Materials 14 May 2019 14:20 (UTC +04:00)
Ermənistanın BMT-də təxribatçı çıxışları, danışıqlar prosesinin strukturu və formatını dəyişmək cəhdləri eyni siyasətin fərqli formalarıdır
Elxan Ələsgərov: BMT-nin Cənubi Qafqazla bağlı yeni sənədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir göstərərdi

Bakı. Mətanət Nəsibova - Trend:

Ermənistanın BMT-də təxribatçı çıxışları, danışıqlar prosesinin strukturu və formatını dəyişmək cəhdləri eyni siyasətin fərqli formalarıdır.

Bunu Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” zamanı “Baku Network” Ekspert Şurasının rəhbəri, Trend İnformasiya Agentliyinin baş direktor müavini Elxan Ələsgərov deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistanı Azərbaycanla substantiv danışıqlar yolu ilə sülhə vadar etməkdir:

“Ermənistan tərəfinin danışıqlar prosesinə zərbə vurmaq cəhdlərinə baxmayaraq, biz möhkəm hüquqi bazanın yaradılması üzərində işləməli və öz maraqlarımızı daha fəal təbliğ etməliyik. Hesab edirəm ki, bu istiqamətdə ən səmərəli addımlardan biri BMT çərçivəsində Cənubi Qafqazda vəziyyət barədə yeni sənədin qəbul edilməsi olar. Fikrimcə, bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qətnamələr əks olunmalıdır ki, danışıqlar prosesinə yeni təkan verilsin”.

Ekspert qeyd edib ki, bir müddət əvvəl BMT Mərkəzi Asiya üzrə sənəd qəbul edib:

“Bu, əsaslı sənəddir və fikrimcə, Cənubi Qafqaz üzrə də analoji sənəd qəbul edilməlidir. Bu sənəd ATƏT Minsk qrupunun həmsədrlərinə də təsir göstərə bilər. Bizim onlara çoxlu suallarımız yaranıb, onlar hesab edir ki, münaqişənin nizamlanması prosesində monopoliyaya malikdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti