Bakı. Trend:
Bu gün Müsavat Partiyası və "Milli Şura" ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçirib.
Qeyd edək ki, hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib.
Abşeron Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. "Milli Şura"nın keçirdiyi aksiyada isə Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.