...

Azərbaycan NATO-nun tanıtım proqramında təmsil olunur

Siyasət Materials 1 İyul 2019 09:12 (UTC +04:00)
Deputat NATO-nun tanıtım proqramında iştirak edəcək
Azərbaycan NATO-nun tanıtım proqramında təmsil olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək.

Trend-in məlumatına görə, tədbir çərçivəsində deputatımız NATO-nun siyasətinə, tərəfdaşları ilə münasibətlərinə, həyata keçirdiyi əməliyyatlara, Alyansın Parlament Assambleyası ilə əməkdaşlığına həsr olunan müzakirələrdə, habelə təşkilatın yüksək vəzifəli mülki və hərbi rütbəli rəsmi şəxsləri, o cümlədən quruma üzv olan dövlətlərin daimi nümayəndələri ilə görüşlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti